Dünyanın tanınmış alimindən maraqlı sosial təklif

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dünyanın tanınmış alimlərindən biri olan professor Klaus F.Zimmermanla görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə işgüzar səfərdə olan BMT Universitetinin Maastrixt Innovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutunda POP Mərkəzinin direktoru, Qlobal Əmək Təşkilatının Prezidenti professor doktor Klaus F.Zimmermanla görüş olub. K.F.Zimmerman həmçinin Maastrixt, Bonn, Renmin Universitetlərinin fəxri professoru, Avropa İqtisadiyyat, Biznes və İdarəetmə bölməsinin rəhbəri, nüfuzlu “Journal of Population Economics” dərgisinin təsisçisi və naşiridir.
Görüşdə Qlobal İqtisadi Problemlər İnstitutunun qurucusu və rəhbəri Natiq Şirinzadə də iştirak edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri barədə məlumat verib, respublikada əldə olunan iqtisadi inkişafın sosialyönümlü olduğunu bildirib. O, ölkədə bütün istiqamətlərdə dayanıqlı inkişafa xidmət edən islahatlar proqramının ilk növbədə elmi əsaslar üzərində, yeni iqtisadi və sosial çağırışlara uyğun, habelə nüfuzlu beynəlxalq institutlarla fəal əməkdaşlıq müstəvisində hazırlanaraq həyata keçirildiyini qeyd edib.
S.Babayev əmək münasibətləri, məşğulluq və sosial müdafiə sahələrində innovativ yanaşmalar, elmi-texnoloji yeniliklər əsasında aparılan islahatlar, həmçinin bu sahələrdə vahid platformadan yeni xidmət modelinin formalaşdırılması, “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.
Nazir həmçinin məcburi köçkünlərin və qaçqınların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq problemlərinin həlli istiqamətində atılan addımları diqqətə çatdırıb. O, nazirliyin beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edərək, BMT qurumları, Beynəlxalq Əmək Təşkilatı ilə geniş əməkdaşlıq gündəliyinin olduğunu bildirib. S.Babayev nazirliyin elmi-tədqiqat və təlim potensialının inkişaf etdirilməsindəBMT Universitetinin Maastrixt Innovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutu, eləcə də digər nüfuzlu beynəlxalq dairələrlə geniş əlaqələrin qurulmasının da önəmli ola biləcəyini deyib.
K.F.Zimmerman Azərbaycanda bütün sahələrdə özünü göstərən inkişaf proseslərinin şahidi olmaqdan məmnunluğunu ifadə edib. Ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini bildirən K.F.Zimmerman Avropada sosial sahədə mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həll mexanizmləri sahəsində təcrübələr, qaçqın və məcburi köçkünlərlə bağlı siyasətlər, yeni təşəbbüslər, miqrasiya proseslərinin tənzimlənməsində yanaşmalar və s. barədə məlumat verib.


шаблоны для dle 11.2
Baxılıb: 175 Tarix: 14-11-2018, 18:03
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Cialis Online Canada priligy es efectivo Cialis Shop Gelsenkirchen Nolvadex Without A Prescription Viagra Generika Schnelle Lieferung online pharmacy Antiphospholipid Syndrome Amoxicillin Cialis Medicament Achat Dbc Viagra Fur Die Frau Flussig buy generic cialis online Achat De Cialis Au Quebec Propecia Gimnasio Claritin Avanafil Dapoxetine Cephalexin Can You Get At Walgreens cialis 5 mg best price usa Cealis Keflex Dose For A Dog Le Cialis Acheter
  • Нравится
  • 0