Azərbaycan Təhsil Şurasının növbəti hesabat seçki iclası baş tutdu

Azərbaycan Təhsil Şurasının növbəti Ümumi Yığıncağı keçirilmişdir.

17 noyabr 2018-ci il tarixdə Azərbaycan Təhsil Şurasının növbəti Ümumi Yığıncağı keçirilmişdir. İclasda Təhsil Şurası İdarə Heyyətinin üzvləri, Şura üzvləri, tanınmış elm xadimləri, təhsil ekspertləri, QHT rəhbərləri və media nümayəndələri iştirak edirdi. Azəbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlanan Ümumi Yığıncaqda açılış sözü ilə çıxış edən iclasın sədri, ADPU-nun prorektoru, professor Asəf Zamanaov əvvəlcə Azərbaycan xalqını Azərbaycan Milli Dirçəliş günü münasibəti ilə təbrik etdi. Sonra iclasın gündəliyində duran məsələləri diqqətə çatdırdı.Təhsil Şurasının sədri, professor Əjdər Ağayev səhəttindəki problemlərə görə iştirak etmədiyi üçün İdarə Heyyətinin üzvü, əməkdar müəllim Həqiqə Məmmədova Azərbaycan TƏhsil Şurasının Hesabat məruzəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.
Səsvermə nəticəsində TŞ Nizamnaməsi yeni redaksiyada qəbul edildi.
Gələn qonaqlar və elim xadimləri çıxış etdi.
Azərbaycan Təhsil Şurasının sədrliyinə professor Əjdər Ağayevin namizədliyi irəli sürülsə də, onun adından səlahiyyətli nümayəndəsi, qızı Ülviyyə İbrahimova Əjdər Ağayevin sağlıq durumu baxımından bu vəzifəyə mənəvi davamçısı olan professor Hikmət Əlizadənin namizədliyini irəli sürdüyünü bildirdi. Hikmət Əlizadənin namizədliyi səsə qoyuldu və səsçoxluğu ilə yeni sədr seçildi. İclasın sədri professor Asəf Zamanovun təklifi ilə professor Əjdər Ağayev Təhsil Şurasının Fəxri sədri seçildi.Daha sonra yeni İdarə Heyyəti üzvləri, Azərbaycan Təhsil Şurasının yeni sədri, Nəzarət Təftiş Komissiyasının sədri və üzvləri seçildi.Sonda isə Azərbaycan Təhsil Şurasının Ümumi Yığıncağı adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət məktubu səsləndirildi. Müraciət səs çoxluğu ilə qəbul edildi.

Azərbaycan Təhsil Şurası İdarə Heyyəti
  • Professor Əjdər Ağayev - Təsisçi (Fəxri sədr)
  • Professor Hikmət Əlizadə - BDU, Sosial elmlər və Psixologiya fakultəsinin dekanı-Sədr
  • Akif Orucov - Təsisçi- Əməkdar müəllim
  • Professor – Asəf Zamanov – ADPU, elmi işlər üzrə prorektor
  • Dosent Şaiq Əsgərov – İqtisad Universiteti,  İnzibati və təşkilati məsələlər üzrə prorektor
  • Professor Həmzağa Orucov -  BMU Tədris işləri üzrə prorektor
  • Professor Nazim Kazımov – Bakı Musiqi Kollecinin direktoru
  • Professor Hümeyir Əhmədov – Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazırlığı şöbısinin müdiri
  • Akademik Yaqub Mahmudov, AMEA Tarix İnstitutunun direktoru
  • Həqiqə Məmmədova – Əməkdar müəllim
  • Aliyə Təhmasib, əməkdar müəllim
  • Yusif Əliyev, əməkdar jurnalist, “Azərbaycan müəllimi” qəzetində şöbə müdiri
  • Prof. Mirzəli Murğuzov, ADPU
  • P.ü.f.d.Sevinc Rəsulova, BBTİ, Ümumi şöbənin müdiri
  • T.ü.f.d. Ülviyyə İbrahimova, BDU-nun dosenti
  • Ofeliya Arazova,271 saylı məktəb (direktor müavini)
  • Yaqut Həsənova, 236 saylı məktəb (direktor müavini)
  • Zabul Əhmədov,fizika-riyaziyyat təmayüllü litsey, əməkdar müəllim
  • Kəmalə Qədirova- 264 saylı məktəbin direktoru
  • Eldar Əhmədov, Abşeron rayonu, Xırdalan şəhər  bələdiyyə sədri
  • Sevda Axundova, ADPK – Təşkilati işlər üzrə müdir müavin

  • Nəzarət Təftiş Komissiyasının sədri və  tərkibi
  • Şura üzvləri Arif İbrahimov – sədr
  • Elnarə Məmmədova – Komissiya üzvü
  • İlhamə Rəsulova – Komissiya üzvü

шаблоны для dle 11.2
Baxılıb: 1 011 Tarix: 18-11-2018, 16:37