Eksternat imtahanları keçiriləcək


Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanları 25-26 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu noyabrın 26-dan dekabrın 14-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 20-21 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini götürməlidirlər.

Qeyd edək ki, eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.


Ümumi orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanların təşkili barədə əmr

Elan

Tələb olunan sənədlər

Ərizə

Eksternlər üçün imtahan fənləri

 


1 / 1



шаблоны для dle 11.2
Baxılıb: 171 Tarix: 26-11-2018, 12:51