Paytaxt məktəblilərinə UNEC-in üstünlükləri barədə məlumat verilib

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim heyəti Bakıdakı S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında və 204 saylı tam orta məktəbdə təhsil alan şagirdlərlə görüş keçirib.
TEHSİLSHURASİ.AZ AZƏRTAC-a istinadən məlumat verir ki, görüşdə universitetin fəaliyyət istiqamətləri barədə şagirdlərə məlumat verilib.
Qeyd edilib ki, UNEC iqtisadiyyat və biznes profili üzrə Azərbaycanın ən böyük, Şərqi Avropa və Mərkəzi Asiyanın isə 4-cü universitetidir. UNEC-də tədris tamamilə elektronlaşdırılıb. Bütün auditoriyalar elektron tribuna və proyektorlarla təchiz edilib. Tələbə və müəllimlər tədris resurslarını elektron kabinetlərindən əldə edə bilirlər. Müəllimlərin dərs zamanı istifadə etdikləri təqdimatlar, testlər, mühazirə mətnləri və digər faydalı resursları tələbələr öz elektron kabinetlərindən yükləyə bilirlər. Dərslərdə tələbələrin qiymətləndirilməsi elektron jurnal vasitəsilə aparılır. İmtahan prosesi də elektronlaşdırılmış platforma bazasındadır və tələbələr qiymətləndirməni buradan izləyə bilirlər. Əgər tələbələrin imtahan nəticəsindən hər hansı narazılığı olarsa, o zaman tələbə müraciətini öz elektron kabinetindən ünvanlayaraq daha operativ cavab ala bilir. 600 və yuxarı bal toplayaraq UNEC-ə qəbul olan tələbələrə əlavə olaraq bir semestr boyunca aylıq 100 manat həcmində xüsusi təqaüd verilir. Bundan başqa, semestrin yekun nəticəsinə görə hər kurs üzrə ən yüksək nəticə göstərmiş 15 tələbəyə universitet hesabına ikinci əlaçı təqaüdü verilir.
Universitetin Daxili İkili Diplom (UDİD) proqramı tələbələrə 4 il ərzində 2 ixtisas üzrə 2 diplom əldə etmək şansı yaradır. Proqrama qoşulan tələbələr iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər.
UNEC beynəlxalq əməkdaşlıq sahəsində də tələbələrə böyük imkanlar vəd edir. Avropa universitetləri ilə “Erasmus+”, Türkiyə universitetləri ilə “Mövlana” mübadilə proqramlarından tələbələr maksimum yararlanmaq imkanına sahibdirlər. Mübadilədə iştirak edən tələbələrin xərcləri proqram tərəfindən qarşılanır. Avropanın iqtisadyönümlü ən nüfuzlu ali təhsil ocağı olan London Universiteti/London İqtisadiyyat Məktəbi ilə əməkdaşlıq çərçivəsində LSE diplomunu UNEC-də əldə etmək mümkündür. Fransanın nüfuzlu Monpelye Universiteti ilə həyata keçirilən ikili diplom proqramına uyğun olaraq tələbələrimiz 4 illik təhsilin bir ilini Fransada alaraq, həm UNEC, həm də Monpelye Universitetinin diplomunu əldə edə bilirlər. Bundan başqa, Litvanın Mykolas Romeris Universiteti ilə də ikili diplom proqramı mövcuddur. ABŞ-ın nüfuzlu ali təhsil müəssisəsi olan Linkoln Universiteti ilə də ikili diplom proqramına dair razılıq əldə olunub.шаблоны для dle 11.2
Baxılıb: 72 Tarix: 26-11-2018, 13:05
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Levitra Avantage cialis 40 mg Buy Viagra Super Active Generic Pills Llevar Viagra En El Avion Don'T Take Amoxicillin With Milk Can I Purchase Bentyl Pills Ups Cod Only levitra dailymotion Amoxicillin In Canines Inderal cheap levitra canada Order Zestril Lisinopril Viagra A Los 20 Anos
  • Нравится
  • 0