Özəl orta məktəblərin təhsil haqqı Ali məktəblərdən çoxdur

TEHSİLSHURASİ.AZ olaraq bəzi özəl orta məktəblərin təhsil haqlarını təqdim edirik
Son illərdə valideynlər özəl orta mətəblərdə tədrisin keyfiyyətinin yüksək olması səbəbindən övladlarının məhz özəl məktəblərdə təhsil almasına üstünlük verirlər. Təəssüflər olsun ki, bu tipli orta məktəblərdə təhsil haqları olduqca yüksəkdir. Üstəlik bəzi məktəblərdə məktəbli forması, nəqliyyat xərcləri, yemək təhsil haqqına daxil edilmir.
Özəl orta məktəblərdə təhsil haqları siniflərə görə fərqlənir. Belə ki, bu tipli məktəblərdə İbtidai siniflərdə ödənişlər nisbətən az, yuxarı siniflərdə isə daha yüksək olur.
TEHSİLSHURASİ.AZ olaraq bəzi özəl orta məktəblərin təhsil haqlarını təqdim edirik:


Bakı Oksford Məktəbi

İbtidai sinifdə, eləcə də yerli müəllim qrupunda- 16 500 manat

İbtidai sinifdə, xarici ölkə vətəndaşı olan müəllimlərin qrupunda- 18 500 manat

Yuxarı siniflərdə qruplar üzrə -17 500 manat  və 19 500 manat        


British  School in Baku - 14 500 manat

Nəqliyyat xərci-  800 manat

Bir ailədən 2 və daha artıq uşaq gələrsə, onlara güzəşt edilir, Bu güzəşt nəqliyyat xərcinə də edilir.  

Müasir Təhsil Kompleksi - 9 000 manat

"Evrika" liseyi  - 5 000 manat

Qərb Universitetinin Məktəbi - 4 300 manat

Nəqliyyat xidmətindən istifadə edənlər üçün - 5  100 manat

Avropa Azərbaycan Məktəbi  

İbtidai siniflər üçün- 8 500 manat

Yuxarı siniflər üçün - 9150 manat

"Kaspi" liseyi  

İbtidai siniflər üçün -5 300 manat

Yuxarı siniflər üçün - 5 800 manat  

Bakı Atatürk Liseyi - 1 750  manat

Xəzər Universitetinin "Dünya məktəbi"

1-8-ci siniflər üçün - 7 500 manat

9-11-ci siniflər üçün - 8 000 manat

"XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi - 10 000 manat

Azərbaycan Beynəlxalq  Məktəbi ("TISA International School of Azerbaijan" ) - 42 200 dollar
 
"İdrak " liseyi

1-9- cu siniflər üçün - 7 000 manat

10-11-ci siniflər üçün - 8 500 manat

Sumqayıt filialında - 4 000 manat
шаблоны для dle 11.2
Baxılıb: 194 Tarix: 5-12-2018, 21:14