Azərbaycan Dövlət Pedaqoji Universitetində təlim-konfrans təşkil olunub

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Media və təhsil dialoqu" mövzusunda təlim-konfrans təşkil olunub.TEHSİLSHURASİ.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda çıxış edənlər bu mövzuda artıq 6-cı dəfə keçirilən belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına böyük töhfə verəcəyinə əminliklərini bildiriblər.
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media ilə əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.
Konfransda universitetin fəaliyyəti, tədris sahəsində aparılan islahatlar və tətbiq edilən yeniliklərlə bağlı məlumat verilib.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.шаблоны для dle 11.2
Baxılıb: 213 Tarix: 14-12-2018, 11:07