Laçın Təhsili Laçını bizdən daha da uzaqlaşdırır...

Heyf  bizim övladlarımıza...

Son illər Azərbaycan təhsilində aparılan məqsədyönlü islahatların nəticəsi olaraq təhsilin inkişafı göz önündədir. Bütün ölkə üzrə müasir məktəb binalarının tikilməsi, maddi-texniki bazanın gücləndirilməsi, təhsildə müşahidə olunan neqativ hallara qarşı mübarizənin nəticələri görülməkdədir. Həm də bütün bu yeniliklər tək paytaxt məktəblərində deyil, eləcə də bögə məktəblərində davam etdirilir.
Laçın rayonu Təhsil Şöbəsi 1992-ci ilin may ayından məlum səbəblərdən Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində fəaliyyət göstərir. Rayonun təhsil müəssisələri ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyətini davam etdirir. İşğala qədər Azərbaycanın Ali Təhsil müəssisələrinə qəbul səviyyəsinə görə Laçın məktəbləri həmişə, sözün yaxşı mənasında seçilib.  Təəssüflər olsun ki, son dövrlər Laçın Təhsili haqda şikayətlərin sayı durmadan artmaqdadır.
Redaksiyamıza daxil olan daha bir məktubu isə işıqlandırmaya bilməzdik. Çünki, məktub ünvanlayan Azərbaycan torpaqları uğrunda döyüşmüş, igidliklər göstərmiş, sücaəti ilə seçilən bir rayon sakinidir. Kərimov Əbülfət Məmməd oğlunun məktubunu olduğu kimi diqqətinizə çatdırırıq.
“Mən Kərimov Əbülfət Məmməd oğlu 1990 ildə vətənimizin başının üstün qara buludlar alanda Laçın rayon Polis şòbəsində iş fəaliyyətinə başladım. Məndə vətənpərvər qardaşlarım kimi silaha sarılıb vətənimi qorumağa özümə borc bildim. Biz Laçının işģalına kimi və işğalından sonrakı dòvrlərdə həyatımızı,saģlamlıģımızı ancaq vətənimizin azadlıģı uğruna sərf etdik. Biz bu yolda çoox çətin bir mərhələlər keçdik. Bu yolda şəhidlər verdik , qazilər qazandıq. Qəhrəman igidlər formalaşdırdıq. Amma inanmazdıq ki, zaman keçəcək bizlərə qarşı hörmətsiz addımlar atılacaqdı. Məni bu statusu yazmağa məcbur edən haqsızlıqlara dözə bilməməyimdir. Bunu əziz qardaşlarım və dostlarımla paylaşmağı özümə borc bildim. Əziz dostlar hamınızdan dəfələrlə üzr istəyirəm. Mən 2 övlad atasıyam. Və çalışıram ki övladlarımı bu vətənə layiqli, vətənpərvər, savadlı insan kimi yetişdirim. Və gece-gündüz bu yolda mücadilə edirəm.
Laçınımızın qeyrətli oğlanları Akif Səlimovun və Babək Aslanovun Laçın rayon icra hakimiyyətinə təmsil olunmaqları biz müharibə veteranlarına, qarabağ elillərinə qayğıkeş bir addım oldu.Çünki bu insanlar bizimlə bərabər səngərlərdə mücadilə etdi. QARABAĞ müharibəsi veteranlarına, şəhid ailələrinə sosial müdafiəsi istiqamətində əllərindən gələni əsirgəmədilər.Veteran döyüşçülərin, şəhidlərin ailələrinə dövlət qayğısı ilə yanaşdılar. Eyni zamanda mənim yoldaşımı da Laçın şəhər 1 nömrəli tam orta məktəbdə müqavilə əsasında işə götürdülər. Dörd il bu müəssədə çalışdı. Bu illər ərzində bütün imtahanlarda iştirak etdi və yüksək ballar əldə etdi. Məktəbdə ibtidai sinif müəllimləri üzrə imtahanda 2 qat artıq bal topladı. Buna baxmayaraq bu il Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov səbəbsiz olaraq yoldaşımı işdən azad etmişdir. Dəfələrlə qəbulunda olmağıma baxmayaraq bizə hec bir köməklik etməmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyəv daima QARABAĞ əlilləri, müharibə veteranları, şəhid ailələrinə qayğı ilə yanaşmalarını tövsiyyə etmişdir. Ançaq Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov buna məhəl qoymamışdır. Bu iş barədə mən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qəbulunda oldum. Ona bütün məlumatları çatdırdım.Və ümüd etdim ki, bir Qarabağ veteranı kimi mənim işim müsbət qarşılanacaq. Sən deme, təhsil sistemini bir biznesə cevirmiş bu məmurlar əlbir olaraq hər kəsdən rüşvət tələb edirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qoymuş, sağlamlığını itirmiş bir vətəndaş kimi məndən də küllü miqdarda rüşvət tələb etdilər. Çünki bu insanlar bizim kimi səngərlərdə torpaqlarımızın, LAÇINIMIZIN azadlığı uģrunda bir gün olsun belə əziyyət çəkməyiblər. Onlar düşünürlər ki, vəzifə hər şeyi həll edir. Onların arxasında kimlər dayanıb bilmirəm. Amma mənim arxamda minlərlə qarabağ qazisi, şəhid ailələri, müharibə veteranları durmuşdur. Mənim bu gün bir ata kimi ailəmi, övladımı təmin etməyə gücüm və cəsaretim çatır. Sadəcə olaraq rüşvətxor, səviyəsiz, yalançı, savadsız Nicat Həsənov tərəfindən belə bir münasibətlə qarşılaşmağım mənim üçün çox təsiredicidir. Dörd aydır artıq mən Laçın Rayon Təhsil Şöbəsinə gedib gəlirəm.Orada nə işlər baş verir hamısını görürəm. Laçın rayon məktəblərindən bu məmurların cibinə her ay yüksək məbləğdə pullar girir. Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənovun yüzlərlə haqsız əməllərinin siyahısı var məndə. Amma mən bir dəyərli Lacınlı kimi özümə sığışdırıb bu siyahını hələ ki, sosial şəbəkələrdə üzə çıxartmıram. Çünki bu mənim üçün bir Laçınlı kimi çox ağırdır. Çox təəssüf ki, Laçın şəhər təhsil şöbəsi belə bir savadsız, rüşvətxor məmurun əlindədilər.
Heyf  bizim övladlarımıza.”
Qarşı tərəfin də arqumentləri varsa, fikirlərini işıqlandırmağa hazırıq...
шаблоны для dle 11.2
Baxılıb: 429 Tarix: 17-12-2018, 09:02