AZƏRBAYCAN RESPUBLİKASI


ƏDLİYYƏ NAZİRLİYİNDƏ


“DÖVLƏT QEYDİYYATINA


ALINMIŞDIR”


“____” _______  2001-ci il


“RESPUBLİKA TƏHSİL ŞURASI”


İCTİMAİ BİRLİYİNİN


TƏSİS YIĞINCAĞINDA


“TƏSDİQ EDİLMİŞDİR”



ŞAHADATNAMƏ   N________                  PROTOKOL  N-1


                                                                          “_10__” __02__  2001-ci il


  NAZİR _______ F.F. MƏMMƏDOV


                                                                    Sədr __________ Ağayev Əjdər




 


 


 

“TƏHSİL ŞURASI”


İCTİMAİ BİRLİYİNİN


N İ Z A M N A M Ə S İ



 


 


 


 


 


 


 

B A K I- 2001 


1.     ÜMUMİ MÜDDƏALAR



 

1.1.         “TƏHSİL ŞURASI” İctimai Birliyi (bundan sonra Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan qeyri-hökumət təşkilatıdır.



 

1.2.         Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və “Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununu, həmçinin bu Nizamnamə əsasında qurur.



 


 

1.3.         Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, blankı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.



 

1.4.         Birlik öz adından müqavilələr bağlaya, əmlak və şəxsi qeyri əmlak hüquqlarını əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər.



 

1.5.         Birliyin yerləşdiyi ünvan: ...



 

1.6.         Birliyin təsisçiləri aşağıdakı fiziki şəxslərdir:



 

1.     Ağayev Əjdər Əbdülhüseyn oğlu – pasport seriyası 


2.     Hüseynov Nəriman Cavad oğlu – pasport seriyası


3.     Orucov Akif Məhərrəm oğlu – pasport seriyası



 

2.     BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ



 

2.1.         Şuranın (Birliyin) əsas məqsədi Azərbaycan Respublikasında Təhsil sisteminin bütün pillə və mərhələlərində təlim və tərbiyə işinin, ictimai tərbiyənin, pedaqoji və elmi pedaqoji kadr hazırlığının, ixtisasartırma və yenidənhazırlanmanın, pedaqoqika və psixologiya elmlərinin milli və ümumbəşəri dəyərlər, qabaqcıl dünya elmi-nəzəri fikir və təcrübi nailiyyətləri nəzərə alaraq demokratik və humanist prinsiplərlə inkişafına nail olmaqdır.


2.2.         Şura bu məqsədlərə nail olmaq üçün aşağıda göstərilən vəzifələri yerinə yetirmək əzmindədir:


·        Dövlətin təhsil sahəsində siyasətinin düzgün elmi-metodiki və hüquqi əsaslarla həyata keçirilməsi, ali icra orqanlarına təkliflər vermək;


·        Respublikada təhsil sisteminin inkişafı və yeniləşdirilməsi, humanistləşdirilməsi, demokratikləşdirilməsi, ictimai-pedaqoji fikrin və milli tərbiyənin (ekoloji, fiziki, iqtisadi, hüquqi, estetik, əxlaqi-mənəvi və s.) insan azadlıqları və ictimai özünüidarə orqanlarının təhsil işində əlaqəlik və razılığın əldə edilməsi;


·        Təhsil işçilərinin Respublika Qurultayının, Təhsil İslahatı Proqramının qərar və müddəalarının, dövlətin təhsil sahəsində göstərişlərinin, qabaqcıl pedaqoji ideyaların həyata keçirilməsinə ictimaiyyətin və ictimai qurumların səfərbər edilməsi;


·        Təhsilin ümumi vəziyyətinə, təhsil orqanlarının təhsillə əlaqədar cəmiyyətlərin, mərkəzlərin, birliklərin fəaliyyətlərinə ictimai qiymətin verilməsi, təhsil müəssisələrinin ictimai akkreditasiyadan keçirilməsi;


·        Təhsil sisteminin təkmilləşdirilməsinə yönəldilmiş sosial təşəbbüslərin və novasiyaların müdafiəsi və onlara ictimai qiymətin verilməsi;


·        Təhsil sahəsində araşdırmaların, proqram və dərsliklərin, elmi-nəzəri və praktik əhəmiyyətli nəşrlərin müzakirəsi və onlara ictimai qiymətin verilməsi;


·        Müəllim yaradıcılığ və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi və yayılması üçün təkliflərin verilməsi, müsabiqələrin keçirilməsi;


·        Təhsil üzrə konsepsiyaların və təhsil işçilərinin Respublika qurultaylarının hazırlanması və həyata keçirilməsi;


·        Təhsil sistemi və təhsil iştirakçılarına xidmət məqsədilə kurslar, araşdırma və məsləhət mərkəzləri, eksperimental təhsil müəssisələri yaradılması, tədris-metodik kompleksi təlimatı fəaliyyəti göstərilməsi;


·        Xarici ölkələrin təhsil təcrübəsinin öyrənilməsi, beynəlxalq pedaqoji əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq tədbirlərdə iştirak;


·        Geniş ictimaiyyətin, o cümlədən gənclərin və valideynlərin ekoloji, pedaqoji biliklərə yiyələndirilməsi və ekoloji mədəniyyətin formalaşdırılması;


·        Ölkədə, ayrı-ayrı bölgələrdə təhsilin inkişafının köklü məsələlərinə baxılması və təkliflər hazırlanması;


·        Dövlət orqanları tərəfindən hazırlanmış təhsilə aid normativ aktların və layihələrinin öyrənilməsi və onların həyata keçirilməsi;


·        Birlik özünün nəşr orqanını yaradır, qəzet, kitablar, dərsliklər, jurnallar, broşuralar və digər tədrisdə və metodiki məsələlərin həlli üçün istifadə olunan materialların nəşri ilə məşğul olur.



 

2.3.         Nizamnamədən irəli gələn məqsəd və vəzifələri həyata keçirmək üçün müəssiələr yarada bilər.



 


 

3.     BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ MƏSƏLƏLƏRİ



 

3.1.         Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.


3.2.         Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninləşdirilə bilər.


3.3.         Birliyin fəaliyyəti üçün lazımi şərait  (maliyyələşdirilməsi, kargüzarlıq işləri, iş yeri, ezamiyyə xərcləri, xidməti maşınla təmin olunma, mehmanxana ilə təminat, telefon və teleqraf, faks əlaqələri, internetə qoşulma və ondan istifadə və s.) birliyin öz vəsaiti hesabına yaranır.


3.4.         Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:


·        Təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;


·        Idarə, müəssisə, yerli və beynəlxalq təşkilatların və vətəndaşların könüllü verdikləri əmlak haqları və ianələri


·        Səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividendlər, gəlirlər;


·        Öz əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;


·        Qrantlar;


·        Sərgilərdən, konsertlərdən, lotoreyalardan və digər tədbirlərdən əldə olunan gəlirlər;


·        Təsis etdiyi müəssisələrin fəaliyyəti nəticəsində əldə olunan gəlirlər;


·        Qanunvericilikdə qadağan olunmamış digər mədaxillər;



 

3.5.         Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.



 

3.6.         Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.



 

3.7.         Birliyin hesabına daxil olmuş məqsədli vəsait başqa istiqamətlərdə xərclənə bilməz.



 

4.     BİRLİYƏ TƏSİSÇİLİK VƏ ÜZVLÜK, ONLARIN


                                    HÜQUQ VƏ VƏZİFƏLƏRİ



 

4.1.         Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.


4.2.         Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanmış müqavilə ilə və ya Nizamnamə ilə müəyyən edilir.


4.3.         Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.


4.4.         Birliyə üzvlərin qəbulu Birliyin icra orqanı tərəfindən aparılır.


4.5.         Birliyə daxil olmaq istəyən şəxslər icra orqanına yazılı şəkildə müraciət edir. Ərizə bir ay müddətində baxılır. Səsvermə nəticəsində icra orqanının üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.


4.6.         Birliyin üzvlərinə Birliyin ali orqanı tərəfindən təstiq edilmiş formada üzvlük vəsiqəsi verilir.


4.7.         Birliyin üzvləri bərabərhüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:


·        Bu nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada təşkilatın idarəçiliyində iştirak etmək;


·        Birliyin hər hansı seçkili, o cümlədən rəhbər orqanına seçmək və seçilmək;


·        Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;


·        Birliyin rəhbər orqanlarının fəaliyyəti barədə məlumat almaq, fəaliyyətinə nəzarət etmək;


·        Öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;


·        Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsibdə şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək;



 

4.7.         Birliyin üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.


4.8.         Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.


4.9.         Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:


·        Birliyin nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;


·        Birliyin seçki orqanlarının qərarlarını yerinə yetirmək;


·        Nizamanamə tələblərinə riayət etmək;


·        Birliyin tədbirlərində iştirak etmək;



 

4.10.    Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.


4.11.    Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:


·        Könüllü olaraq Birliyin üzvlüyündən çıxanda;


·        Birliyin üzvlüyündən çıxarıldıqda;



 

4.12.    Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:


·        Birliyin üzvü adına ləkə gətirən hərəkətlərə yol verdikdə;


·        Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;



 

4.13.    Təsisçilikdə çıxarılma yalnız ali idarəetmə orqanının qərarı ilə həyata keçirilə bilər.


4.14.    Birliyin üzvlüyündən xaric edilmə barədə qərar üzvlüyə qəbulu həyata keçirən orqanlar tərəfindən qəbul edilir. Birlik üzvünün həmin qərardan narazı qaldığı halda məhkəməyə şikayət etmək hüququ vardır.



 

5.        BİRLİYİN TƏŞKİLAT STRUKTURU VƏ


                                    İDARƏETMƏ ORQANLARI


5.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Ümumi Yığıncaqdır.



 

5.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinnin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.



 

5.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.



 

5.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:


·        Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;


·        Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;


·        Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;


·        Birliyin HTK-nın və onun say tərkibinin açıq səsvermə ilə müəyyənləşdirilməsi;


·        İllik hesabatın təstiq edilməsi;


·        Başqa təşkilatlarda iştirak;


·        Birliyin yenidən təşkili və ləğv edilməsi;


·        Birliyin icra orqanının rəhbərlərinin hesabatının dinlənilməsi;



 

5.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlaliyyətli hesab olunur.


5.6. Ümumi Yığıncaqda müzakirə olunan məsələlər haqqında qərarlar sadə və səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.


5.7.  Birliyin fəaliyyətinə cari rəhbərliyi icra orqanı həyata keçirir.


5.8. İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən, katibdən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.


5.9. İdarə Heyəti kollegial idarəetmə orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir:


·        Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;


·        Təkliflər və layihələr irəli sürür;


·        Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;


·        Birliyin başqa idarəetmə orqanlarının müstəsna səlahiyyətlərini təşkil etməyən bütün məsələləri həll edir;


·        Birliyin orqanlarından və üzvlərindən daxil olan ərizələrə bir ay ərzində baxıb cavab verir;


·        İdarə Heyətinin qərarları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və sadə səs çoxluğu ilə qəbul edilir;


·         Birliyin dəftərxanasını, mühasibatını formalaşdırır və ştat cədvəlini müəyyənləşdirir;


·        Dərslik, proqram, metodik tövsiyyələr və digər təhsil sənədlərinin hazırlamaq və qiymətləndirmək üçün işçi qrupları, komissiyalar formalaşdırır;


·        Birlikdə xidməti işləri yerinə yetirmək üçün öz vəsaiti hesabına əməyi ödənilən iş formalarından istifadə edir;


·        Birliyin ən fəal üzvlərini, komissiya, işçi qrupu, elmi kollektiv nümayəndələrini maddi və mənəvi həvəsləndirir;


·        Birliyin vəzifələrinin yerinə yetirilməsi üçün maliyyə vəsaitinin istifadə edilməsini müəyyənləşdirir;


5.10. İdarə Heyətinin sədri, müavinləri və katibi Birliyin Ümumi Yığıncağı tərəfindən açıq səsvermə yolu ilə 5 (beş) il müddətinə seçilir.


     5.11. Sədr:


·        Birliyi təmsil edir, onun adından müqavilələr bağlayır, etibarnamələr verir, daxili əmr və sərəncamlar verir, Ümumi Yığıncağın və İdarə Heyətinin qərarlarının icrasını təşkil edir.


·        Ümumi Yığıncaq tərəfindən və qanunla üzərinə qoyulan digər funksiyaları həyata keçirir.



 

     5.12. Nəzarət-təftiş komissiyası Birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir.


6.        BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ


6.1. Birliyin fəaliyyətinə Birliyin yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.


6.2. Birliyin xitam verilməsi haqqında qərarı ilə ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”nə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir. 


шаблоны для dle