Laçın şəhər 1 N-li tam orta məktəbin direktoru İsmayılova Vəfa Tahir qızı tərəfindən təkzib məktubu.

Laçın şəhər 1 N-li tam orta məktəbin direktoru İsmayılova Vəfa Tahir qızı tərəfindən təkzib məktubu.

Məktubu olduğu kimi təqdim edirik.
Tehsilshurasi.az saytının baş redaktoru İbrahimov Arif Gürşad oğluna.

Hörmətli Arif müəllim, saytınızda Kərimov Əbülfət Məhəmməd oğlunun verdiyi şikayətlə bağlı bəzi məqamlara aydınlıq gətirmək istəyirəm.
Bildirirəm ki, Ə.Kərimovun həyat yoldaşı 15 sentyabr 2014-cü ildən 135/7 nömrəli əmrlə Laçın şəhər 1 N-li tam orta məktəbdə ehtiyac yarandığı üçün müddətli əmək müqaviləsi ilə müvəqqəti müəllim təyin edilmişdir. Çünki məktəbin müqavilə ilə işləyən müəllimi ailə vəziyyətilə əlaqədar olaraq sinifi tam götürmədiyi üçün yaranmış ehtiyac nəzərə alınmış və Kərimovun yoldaşı ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Beləliklə Kərimovun yoldaşı ilə 4 il ərzində müddətli müqavilə bağlanmış, tədrsi ilinin sonunda isə xitam verilmişdir. Bu müqavilələr 2014-2015; 2015-2016; 2016-2017; 2017-2018-ci tədris illərində bağlanmışdır.
Nəzərinizə çatdırıram ki, Laçın şəhər 1 N-li tam orta məktəbdə 4 ibtidai sinif və 5 daimi müqavilə ilə işləyən sinif müəllimləri var. Hər biri də diaqnostik qiymətləndirmədən keçmiş və təhsildə kifayət qədər təcrübəli olan müəllimlərdir.
Kərimov Əbülfətin yoldaşı MİQ-dən keçərək 38 bal toplamışdır.
Laçın şəhər 1 N-li tam orta məktəbdə isə ibtidai sinif müəlliminə ehtiyac olmadığı halda Kərimovun yoldaşını necə işlə təmin etmək olar?
Bilirsiniz ki, təhsil sistemində vahid pəncərə prinsipidir. Müəllimlərin işə qəbulu və yerdəyişməsi elektron qaydalarla həyata keçirildiyi kimi, müddətli müqavilə ilə də işləyəcək müəllimlər də qaydalara uyğun olaraq nazirlik tərəfindən göndərilir.
2018-2019-cu tədris ilində məktəbin sinif müəllimi dərslərini özü aparacağını bildirmişdir. Bu baxımdan da ehtiyac olmadığı üçün Ə.Kərimovun yoldaşı ilə yenidən müddətli əmək müqaviləsi bağlanılmamışdır.

Laçın şəhər 1 N-li tam orta məktəbin direktoru: Vəfa İsmayılova. шаблоны для dle 11.2
Baxılıb: 186 Tarix: 25-12-2018, 12:01
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Candian Rx generic cialis from india Sildenafil For Sale Isotretinoin Acutane Pills No Physician Approval Overseas Effetti Cialis Generico
  • Нравится
  • 0