Qarabağ Qazisindən ikinci məktub

Bir müddət əvvəl Qarabağ Qazisi Əbülfət Kərimovun redaksiyamıza məktubu, eləcə də Laçın şəhər 1 N-li tam orta məktəbin direktoru Vəfa xanım İsmayılovanın təkzib məktubu saytımızda dərc edilmişdir. Dünən isə Əbülfət Kərimov ikinci məktubla bizə müraciət etmişdir.

Hörmətli Arif müəllim salam.Sayıtınızda yerləşdirdiyiniz məktubumuza Laçın şəhər 1 nömrəli tam orta məktəbin direktoru Vəfa İsmayılova tərəfìndən yazılmış təkzib məktubu ilə tanış olduq.Təəccüblüsüdə odurki mən bütün müraciətlərimdə bir dəfədə olsun V.İsmayılovaya qarşı hec bir tələbim olmamışdır.Mənim tələbim Laçın Rayon Təhsil şöbəsinin müdiri Nicat Həsənovun səriştəsiz,rüşvətxor iş fəaliyyətindən bəhs edir.V.İsmayılovanın belə bir təkziblə çıxış etməsi çox təəccüb doğurur.Onun bu hərəkəti N.Həsənovla əlbir olmasını daha yaxından gòstərir.Cinayət əməllərinin ifşa olunduğunu görən N.Həsənov rüşvət hesabına təyin etdiyi V. İsmayılovaya təkzib məktubu yazmağa məcbur etmişdir.Belə ki,V.İsmayılova Laçın şəhər 40 nòmrəli məktəbə drektor təyin edildiyi halda,nədənsə Laçın şəhər 1 nömrəli məktəbə dəyişdirilmişdi.Təhsil Nazirliyinin nizamnaməsinə görə təyin edilmiş direktor ən azından 1 il müddətinə işlədiyi müəssədən yerdəyişmə edə bilməz.Amma V.İsmayılovaTəhsil Nazirliyinə yazmış ərizəsində yalan məlumat ( O Xırdalan şəhərində məktəbə yaxın ərazidə yaşadığını və uşaqlarının həmin məktəbdə oxuduğunu bildirmişdir..Amma heç bir məlumat doģru deyil) verərək Laçın şəhər 1 nömrəli tam orta məktəbə dəyişdirilməsini xahiş etmiş və N.Həsənova rüşvət verərək həmin məktəbə drektor təyin edilmişdir.
V.İsmayılovaya yazdırılmış təkzib məktubunda bəzi yalanları üzə çıxartmaq istəyirəm.Onun dediyinə görə məktəbdə "təhsildə kifayət qədər təcrübəli olan ibtidai sinif müəllimləri" var.2017-ci ildə Diaknostiq qiymətləndirmə imtahanında iştirak etmiş həmin müəllimlər ixtisasdan 15-20 bal toplamışdır.Budurmu təcrübəli müəllimlər.Yoldaşım isə həmin imtahandan 47 bal toplamışdır.
V.İsmayılova məktubunda bildirir ki,müddətli müqavilə ilə işləyəcək müəllimlər elektron qaydalara uyğun olaraq Təhsil Nazirliyi tərəfindən göndərilir.Buna baxmayaraq Nicat Həsənovun 2018-ci il qeyri-qanuni yollarla müddətli müqavilə baģlamış şəxslərin siyahısı əlimdədir.Bu cinayətkar məmurun təhsilimizə,dövlətimizə etdiyi cinayət xarakterli əməllər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Baş Prakror Zakir Qaralova təqdim olunacaqdı.
Hörmətli Arif müəllim məktubumuzun olduğu kimi saytınızda yerləşdirilməsini sizdən artıq dərəcədə xahiş edirəm.шаблоны для dle 11.2
Baxılıb: 132 Tarix: 28-12-2018, 16:38