Məktəblərdə nitq mədəniyyəti fənninin keçirilməsinə ehtiyac var

Təhsil meneceri Turan Həsənli: "Müasir dövrdə nitqin rolu olduqca əhəmiyyətlidir.“
Hər kəs dilin, bir xalq üçün nə qədər önəmli olduğunu bilir. Dünyanın istənilən dilində möhtəşəm danışmağın, o dilə olan sevginin və mədəniyyəti göstəricisidir. Dilin gözəlliklərindən istifadə etmək isə nitq mədəniyyətidir. Müasir dünyada nitqin əhəmiyyəti çox böyükdür. Sözü deməklə yanaşı, o sözü necə deməyiniz çox vacibdir”.
Turan Həsənli düşünür ki, məktəblərdə nitq mədəniyyəti fənninin keçirilməsinə ehtiyac var: “Bu gün orta məktəblərdə nitq mədəniyyəti adlı bir dərs tədris olunmur. Halbuki, ən çox ehtiyac duyulan tədris fənlərindən biridir. Bu gün nəinki orta məktəb , əksər Universitet tələbələri öz fikirlərini ifadə edə bilmir”. Ekspert hesab edir ki, məktəblərdə nitq mədəniyyətinin keçirilməməsi bir çox problemlərə gətirib çıxarır: “Müəllim çox bilgiyə sahib olur, lakin o bilgini qarşısındakı dinləyiciyə çatdıra bilmir. Şagirdlər öz problemləri haqqında heç kimə danışa bilmir, danışa bilmədiyi üçün yox , izah edə bilmədiyi üçün danışmırlar. Yüksək bal toplayan bir tələbə, iş görüşməsində öz bilgilərin ifadə edə bilmədiyi üçün işə götürülmür. Dərsə tam hazır gedən şagird, müəllim ona sual verməsin deyə əlindən gələni edir. Qorxusu sualı bilməməsi deyil, danışa bilməməsidir. Valideyin və şagirdlər arasında da ən böyük problem şagirdin öz istəklərini izah edə bilməməsindən yaranır. Sonralar o uşaqlarda özünə qapalı olur". Turan Həsənlinin fikrincə, şagirdlər fikirlərini ifadə edə bilmədikləri üçün müəllimlər də onları yetərincə tanıya bilmir: “Tarixə diqqət yetirsə görərik ki, nitqin önəmliliyi ilə bağlı çox yazılar yazılıb, çox fikirlər səsləndirilib. Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”. Ən böyük problemlərdən biri burasındadır ki, bu gün müəllimlər öz şagirdlərin tanımır, çünki onlar danışmır...”шаблоны для dle 11.2
Baxılıb: 132 Tarix: 2-05-2019, 10:15