Regionlarda "Məktəb ailəsi" təlim-istirahət düşərgəsinin təşkili layihəsinə start verilir

"Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" İB 1 may 2019-cu il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə regionlarda "Məktəb ailəsi" təlim-istirahət düşərgəsinin təşkili layihəsinə start verir. Layihə üzrə Astara (İstisu), İsmayıllı (Lahıc) və Quba (Qəşrəş) rayonlarında ölkənin müxtəlif bölgələrindən gələn təhsil iştirakçıları -valideynlər, müəllimlər, şagirdlər, təhsil ekspertləri və jurnalistlərin iştirakı ilə qeyri-formal şəraitdə təlim və iştirkaçıların mədəni proqram üzrə istirahəti təşkil olunacaq.Layihənin məqsədi təhsil iştirakçıları, ekspertlər və jurnalistlərin iştirakı ilə nümunəvi müəllim, şagird və fəal valideynlərin daha sıx əməkdaşlığı üçün təlim-istirahət mühitini yaratmaqla onların timsalında təhsil iştirakçılarını yaradıcılığa və nailiyyətlərə stimullaşdırmaqdır.  
Təlimlər təhsil mütəxəssisləri, yerli İcra orqanları, aidiyyəti qurumların və Dövlət İmtahan Mərkəzinin yerlərdə olan nümayəndələrinin iştirakı ilə keçiriləcək, təhsilin müxtəlif sahələri müzakirə olunaraq, problemlərdən çıxış yolları üzrə təkliflər hazırlanacaqdır. Düşərgə iştirakçıları bölgələrin gözəl təbiətli mənzərələrini, mədəniyyət abidələrini, ziyarətgahlarını ziyarət edəcək, bölgələrin turizm potensialı ilə tanış olacaqlar. Hər birinizə maraqlı müzakirələr və xoş istirahətlər arzulayırıq. Layihə fəaliyyətində yerli VMA-lar fəallığa dəvət olunur.шаблоны для dle 11.2
Baxılıb: 60 Tarix: 3-05-2019, 08:52