I və IV ixtisas qrupları üzrə test tapşırıqlarının izahı DİM-in saytında yerləşdirilib

I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün mayın 12-də keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdirilib. Abituriyentlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində > “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” > “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).шаблоны для dle 11.2
Baxılıb: 101 Tarix: 14-05-2019, 11:13