Azərbaycan təhsilinin növbəti uğuru

Avropa Azərbaycan Məktəbinin XI sinif Beynəlxalq Bakalavriat Diplom Proqramını bitirən 25 şagirdin hamısı nüfuzlu beynəlxalq universitetlərə qəbul olunması bərədə təkliflər alıblar.
TEHSİLSHURASİ.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu universitetlər sırasında “King’s College”, “University of Bristol”, “Edinburgh University”, “Warwick University”, “University of Aberdeen”, “Glasgow University” (Böyük Britaniya), “Science PO” (Fransa), “Maastricht University”, “Leiden University”, “Utrecht University”, “Erasmus University” (Hollandiya), “Washington and Jefferson University”, “University of New Hampshire”, “Quinnipiac University”, “University of Colorado”, “University of Minnesota Computer Science” (ABŞ), “Toronto University”, “York University-Finance”, “University of British Columbia” (Kanada), “Sabanci University” (Türkiyə), “KU Luven University” (Belçika), “BI Norwegian School” (Norveç), “Bocconi University” (İtaliya), “Aaolto University” (Finlandiya), “Corvinus University of Budapest” (Macarıstan) kimi təhsil müəssisələrinin adlarını qeyd etmək olar.
Şagirdlər universitetlərdən ümumilikdə 150 min ABŞ dolları məbləğində təqaüd təklifləri də alıblar. Belə ki, “Washington and Jefferson Universiteti”ndən 27 min dollar, “Jacobs Universiteti”ndən 16 min 500 avro, “Wagner College-Economics”dən 25 min dollar, “University of New Hampshire”dən 15 min dollar, “Quinnipiac Universiteti”ndən 28 min dollar, “University of Aberdeen” (Environmental science) 19 min 300 ingilis funtu məbləğində təqaüd təklifi alan şagirdlər son seçim mərhələsində onlara daha uyğun universiteti seçəcəklər.
Xaricdə təhsil alacaq şagirdlərə kömək məqsədilə orta məktəbdə beynəlxalq universitetlər üzrə məsləhətçi də fəaliyyət göstərir. Bir sıra universitetlər məktəbdə təqdimatlar keçiriblər. Universitetlər üzrə axtarış, sənədləşmə, məsləhət və yönləndirmə kimi xidmətlər təhsil prosesinin ayrılmaz hissəsi olaraq şagirdlərə göstərilir. Eyni zamanda, bu sahədə valideynlərlə sıx əməkdaşlıq edilir.
Avropa Azərbaycan Məktəbi 2011-ci ildə təsis edilmiş özəl ümumi təhsil məktəbidir. Məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərir və beynəlxalq proqramlar təklif edir. Bu proqramlara Beynəlxalq Bakalavriat (IB) İbtidai Təhsil Proqramı (PYP), Orta Təhsil Proqramı (MYP), Diplom Proqramı (DP) və Kembric Beynəlxalq İmtahanları (CIE) daxildir. Məktəbdə I-XI siniflərlə yanaşı, Erkən Təlim Proqramı (4 və 5 yaşlı uşaqlar üçün) da fəaliyyət göstərir. Məktəb həm də Beynəlxalq Məktəblər Şurası (CIS) şəbəkəsinin üzvüdür. Təhsil ocağının məzunları beynəlxalq nüfuzlu universitetlərlə yanaşı, Azərbaycan universitetlərinə də yüksək ballarla daxil olublar.

шаблоны для dle 11.2
Baxılıb: 68 Tarix: 14-05-2019, 11:17