Qafqazşünasların II Beynəlxalq Forumu keçiriləcək


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə mayın 23-24-də Bakıda Qafqazşünasların II Beynəlxalq Forumu keçiriləcək.
TEHSİLSHURASİ.AZ AZƏRTAC-a istinadən bildirir ki, forumda “Qafqaz regionunda ictimai-siyasi proseslər”, “Qafqazda münaqişələr və terror”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü”, “Qafqaz ölkələrinin qarşılıqlı münasibətləri, xarici siyasəti və böyük dövlətlərin region siyasəti”, “Qafqazda geosiyasi şərait”, “Qafqazda sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı əlaqəsi” mövzularında müzakirələr aparılacaq.
Forum AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil ediləcək.
Xatırladaq ki, Qafqazşünasların I Beynəlxalq Forumu 2017-ci ildə keçirilib.шаблоны для dle 11.2
Baxılıb: 206 Tarix: 16-05-2019, 11:40