Kolleclərə qəbul üzrə minimal ballar

9 illik bazadaixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və Riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

TEHSİLSHURASİ.AZ Eduaz.az-a ustinadən xəbər verir ki, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından məqbul alan abituriyentlər iştirak edə bilər.

11 illik bazada kolleclərin ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.(xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Xatırladaq ki, 9 illik bazada kolleclərin ixtisas seçimi 24 iyul-5 avqust, 11 illik bazada ixtisas seçimi 15-19 avqust tarixlərində keçiriləcək.

шаблоны для dle 11.2
Baxılıb: 844 Tarix: 23-05-2019, 17:20