Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.
DİM-dən bildirilib ki, imtahanda iştirak etmiş bakalavrlar Mərkəzin internet saytında öz nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda 8559 bakalavr iştirak edib, 54 bakalavr isə imtahana gəlməyib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə görə, 1 nəfər ən yüksək nəticə göstərib - 147 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.
Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər. Müsabiqəyə yalnız ixtisaslaşma seçimini təsdiqləyən bakalavrlar buraxılacaq. Müsabiqə şərtləri ilə DİM-in saytında tanış olmaq mümkündür.шаблоны для dle 11.2
Baxılıb: 59 Tarix: 29-05-2019, 10:37