DİM: XI sinif şagirdləri üçün aprelin 21-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən XI sinif şagirdləri üçün aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri açıqlanıb.DİM-dən bildirilib ki, imtahanda iştirak etmiş şagirdlər (22499 nəfər) Mərkəzin internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19 linkinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda 2 şagird (Qax rayonu, 2 nömrəli şəhər tam orta məktəbin və Masallı rayonu, 4 nömrəli Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.
Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür.шаблоны для dle 11.2
Baxılıb: 82 Tarix: 29-05-2019, 10:44