“Gənc iqtisadçılar” simpoziumu keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı və “Economics club”un tərəfdaşlığı ilə “Gənc iqtisadçılar” simpoziumu keçirilib. Simpoziumun keçirilməsində məqsəd heç bir düstur və nəzəriyyə olmadan müəllimləri dinləmək, onların həyati örnəkləri və gündəlik rast gəldikləri hadisələrlə mövzuları mənimsəmək olub.
Tədbirdə BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin müəllimləri- Şəhriyar Muxtarov, Tahirə Salayeva, Elsevər İbadov tələbələri daim maraqlandıran, onların gündəlik həyatda qarşılaşdıqları iqtisadi mövzularda çıxışlar edib və öz təcrübələrini bölüşüblər.
Sonda müzakirələrdə fəal iştirak edən tələbələrə hədiyyələr təqdim olunub.

шаблоны для dle 11.2
Baxılıb: 23 Tarix: 21-11-2019, 15:55