“30 illik sənət fədaisi”

Qəlbi bir incidir, arzusu ümman,
Onda var sadəlik, onda var iman.
                                    ( B.Sanılı )

Fədakar, məğrur, savadlı, səmimi, vicdanlı bir liderdir bu insan! Özünü vətənə, vətən övladlarına fəda edən, yorulmadan, usanmadan 30 ildir ki, məktəbdə şam tək yanan bir şəxsiyyətin - Nazilə Ziyad qızı Əliyevanın şərəfli ömür yolundan söz açırıq.
O, ömrünüm yarısını məktəbdə Azərbaycanımıza layiqli vətəndaş yetişdirməklə keçirmiş, savadı ilə şagirdlərinin yollarını nura boyamışdır. Ziyalı ailəsində dünyaya göz açan Nazilə xanım orta məktəbi qızıl medalla bitirmiş, indiki BDU-də təhsil alaraq,riyaziyyat müəllimi ixtisasına yeyələnmişdir. İlk dəfə 1 may 1990-cı ildə Bakı şəhəri, Nizami rayonu 145 nömrəli məktəbdə riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb Nazilə xanım.1999-cu ildən həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 2014-cü ildə Nizami rayonu 227 nömrəli məktəbdə direktor kimi işə başlamış, 2017-ci ildən isə Xətai rayonu 17 nömrəli məktəbdə direktor kimi fəaliyyətini davam etdirir. Nazilə xanım direktor olmasına baxmayaraq, alicənablığı, təvazökarlığı ilə hamının rəğbətini qazanıb. O, ideal lider, aparıcı mütəxəssis, fədakar müəllimliyi ilə yanaşı, həm də gözəl insandır. Eyni zamanda bütün şagirdlərin sevimlisi, müəllimlərin yaxın dostu və yolgöstərənidir. Nazilə xanım gənc müəllimlərə verdiyi töhfələrlə onlarda elmə, təhsilə böyük stimul yaradır. Hamı onu həm rəhbər, həm pedaqoq, həm psixoloq,həm yüksək insani keyfiyyətlərin daşıyıcısı kimi tanıyır.
Nazilə xanımın “Metodiki tövsiyə” , “Məktəb işi” kimi vəsaitləri uzun illər müəllimlərin stolüstü kitabı olmuşdur. N.Z.Əliyeva təhsilimizdə qazanılan yeniliklə əlaqədar 2009-cu ildə Təhsil Nazirliyinin dəstəyi ilə Moskva şəhərində, 2016-cı ildə isə bir sıra təhsil işçiləri ilə birgə Fransanın Strasburq şəhərində səfərdə olmuşdur.
Nazilə xanım həmişə ulu öndərimiz H.Əliyevin “Mən yer üzündə müəllimdən böyük ad tanımıram” şüarı ilə hamımızı müəllim adını şərəflə daşımağa səsləyir. Məktəbdə şagirdlərinin gözlərindən riyaziyyat dərsini necə səbirsizliklə gözlədiyi aydın sezilir.Nazilə xanım hal-hazırda direktor işlədiyi 17 nömrəli məktəbdə dərs dediyi siniflərdə keçdiyi dərslərdən böyük zövq aldığını söyləyir. Bunu hətta şagirdlərin və valideynlərin razılığından da duymaq mümkündür.
N. Z. Əliyevanın 1 May günü (1990-2020) peşə fəaliyyətinin tam 30 ili tamam olur. Bu münasibətlə Nazilə xanımı bütün məktəb heyəti adından təbrik edir, ona sağlam və uzun ömür, işlərində müvəffəqiyyətlər diləyirik.

 Müəllif: Bəturə Saniyevaшаблоны для dle 11.2
Baxılıb: 1 373 Tarix: 1-05-2020, 17:18