Pandemiya dövründə məktəblərimizin təcrübəsindən…


Pandemiya dövründə bir sıra məktəblərimiz təhsilin keyfiyyətini enməyə qoymamaq üçün bütün pedaqoji kollektivi səfərbər edərək yeni iş qaydaları tətbiq etmişlər. Belə məktəblərdən ikisinin- Bakı şəhəri 6 nömrəli məktəbin direktoru Gülşən xanım Orucovanın və Neftçala rayonu Xol Qaraqaşlı kənd tam orta məktəbin direktoru Ruhəngiz xanım Nəcəfovanın iş təcrübəsindən bəhs edən məqalələrini sizə təqdim edirik.



Tofiq İsmayılov adına 6 saylı məktəb-liseyin direktoru,
Əməkdar müəllim  GÜLŞƏN ORUCOVA
 
 COVİD-19 VƏ AZƏRBAYCAN TƏHSİLİ

Az qala bütün dünyanı bürüyən yeni növ koronavirus (COVİD-19) pandemiyasının Azərbaycan Respublikası ərazisində yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti olaraq dayandırıldı. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını özünə deviz seçən Azərbaycan Respublikası Təhsil Nazirliyi bu gözlənilməz vəziyyətdən uğurla çıxmaq üçün çox uğurla nəticələnən doğru və dürüst bir addım atdı. Operativ şəkildə ilkin olaraq teledərs formatı əsas götürüldü, bununla bağlı işçi qrupu və müəllim heyəti yaradıldı. Qısa zaman kəsimində – martın 11-dən etibarən şagirdlərin təhsildən qalmalarının qarşısını almaq məqsədi ilə həftənin 5 günü saat 10-dan 16-dək “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verildi. Bu layihə iki dildə –  Azərbaycan və rus dilində həyata keçirilməyə başladı.
Teledərslərin keçirilməsi ölkəmizin ucqar rayon və kəndlərində internetin yoxluğu baxımından çox vacib idi. Belə ki, hər kəsin internetə çıxışı olmadığına görə bu çox sərfəli idi və 300 000 şagirdin qoşulması üçün mükəmməl bir sistem idi.
Onu da qeyd edək ki, Azərbaycan Təhsil Nazirliyinin tətbiq etdiyi teledərs formatı özünü çox qısa zamanda doğrultdu və bir sıra ölkələr üçün örnək rolunu oynadı. Heç də təsadüfi deyil ki, bu layihə hazırki vəziyyətdə təkcə Ukrayna və Gürcüstanda deyil, digər ölkələrdə də problemlərin həlli yönündə innovativ yanaşma nümunəsi kimi dəyərləndirib və tətbiq edilməyə başlamışdır.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu uğurlu addımın davamı kimi, hal-hazırda “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı”, “Virtual məktəb” (virtual.edu.az), bütün dərsliklərin onlayn mövcud olduğu e-derslik layihələrini həyata keçirir. Eyni zamanda, hər şənbə günü saat 12:20-də “Mədəniyyət” telekanalında uşaqların boş vaxtlarını daha səmərəli keçirməsi məqsədilə “Dərsdən sonra” teleproqramı yayımlanır.
Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün bütün təhsil müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılması ilə bağlı atmış olduğu addım onu bu sahədə ilklərdən biri etdi. Belə ki, Azərbaycan dünyada koronavirusla əlaqədar təhsilin dayandırılması ilə bağlı qərar verən ilk ölkələrdən hesab edilir. Sonradan bir sıra ölkələr də bu sahədə müvafiq qərarlar verməyə başladı.
Hazırda görülən operativ və səmərəli tədbirlərin nəticəsi olaraq Azərbaycan təhsili pandemiya sınağından uğurla çıxmaqdadır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin belə bir sözü var: “İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir”. Həqiqətən də, Təhsil Nazirliyi qısa bir müddət ərzində Prezidentimizin bu sözlərini əməli işlə həyata keçirdi. Müasir texnoloji vasitələrdən istifadə yolu ilə yüksək ixtisaslı müəllim kontingenti sayəsində təhsil məkanında nisbətən arxa planda qalan onlayn təhsil sistemi ön plana keçmiş oldu. Təsadüfi deyil ki, Ukraynanın tanınmış jurnalisti Aleksandr Demçenko “Azərbaycan koronavirus təşvişindən necə yayındı? Ukrayna üçün dərslər” adlı analitik səciyyəli məqaləsində dövlətimizin COVİD-19 təhlükəsinin yarandığı vaxtdan qəbul etdiyi qərar və atdığı addımların ardıcıllığına diqqət çəkərək göstərir ki, Azərbaycan sərhədlərin bağlanması, təhsilə fasilə verilməsi, tədris prosesinin davamlılığı və əlçatanlığının teledərs kimi unikal bir vasitə ilə davam etdirilməsinin sistemli tətbiqi sayəsində çoxlarına örnək ola biləcək bir nəticə ortaya qoymuşdur.
Həqiqətən də, əcnəbi bir jurnalistin Azərbaycana və Azərbaycan təhsilinə koronavirus pandemiyası dövründə səmərəli fəaliyyətinə görə belə bir dəyər verməsi olduqca qürurvericidir.
Danılmaz bir həqiqətdir ki, koronavirus pandemiyası dövründə onlayn təhsil təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini çətin bir situasiyadan xilas etmiş oldu. Bizi isə bu vəziyyət təhsilin təşkili ilə bağlı yenidən düşünməyə məcbur etdi. Etiraf etmək lazımdır ki, şagirdlərimizin pandemiya dönəmində dərslərində geri qalmaması üçün tətbiq edilən onlayn dərslər bir sıra problemləri üzə çıxarmış oldu. Məlumdur ki, onlayn tədrisin gerçəkləşməsi üçün ən vacibli şey rəqəmsal cihaz və internetin olmasıdır.
 Təhsil Nazirliyinin tətbiq etdiyi “Virtual məktəb” layihəsinin region məktəblərdə həyata keçirilməsi həm texniki təchizat cəhətdən, həm də internetlə təminatı baxımından tam şəkildə reallaşdırmaq çətinlik yaradır. Odur ki, yaxın gələcəkdə Azərbaycanda tədrisin davamlılığını təmin etmək məqsədilə respublikamızın bütün ümumtəhsil məktəbləri texniki təchizatla təmin olunmalıdır.  Bu isə Azərbaycanın gələcəyi sayılan yeni nəslin inkişafı üçün əlavə xərc olmayıb, işıqlı gələcək yolunda bir yatırımdır.
Məktəb rəhbəri olaraq müəllimlərimizlə birgə mart ayının 10-dan etibarən onlayn dərslərə başladıq. Bu bizim üçün də ilk təcrübə idi. Sözsüz ki, müəyyən çətinliklərlə qarşılaşdıq. Təcrübə toplayaraq və çox qısa bir zaman çərçivəsində bu sistemi tam mükəmməl həyata keçirmiş olduq. Zoom, skype sistemi ilə ilkin olaraq dərslərimiz başlasa da, sonradan biz artıq microsoft teams proqramı üzrə virtual məktəbdə qeydiyyatdan keçib, şagirdlərimizi bütünlükdə tədrisə cəlb etdik. İlk dəfə olaraq 6 nömrəli məktəb-liseydə virtual məktəb formatında Pedaqoji şuranın iclasını keçirtdik.
Əslində onlayn dərslərin özünün çox üstün cəhətləri var. Onlayn dərslər bu günki şəraitdə tam aktualdır. Amma ənənəvi dərsləri heç vaxt, heç nə əvəz edə bilməz, çünki şagird simasını görmədən, emosiyasını duymadan müəllim bəlkə də öz istədiyini mükəmməl olaraq şagirdə çatdıra bilmir. Şagirdlərin özünün bir şəxsiyyət kimi formalaşmasında sosiallaşmasının həyata keçməsi üçün ənənəvi dərslərdə iştirakı mütləqdir, vacibdir.  Amma buna baxmayaraq düşünürəm ki, hətta pandemiya dövrü bitdikdən sonra da onlayn dərslərə ehtiyac duyulacaq, çünki həyat davam edir. Amma bu, daimi olmamalıdır, yəni yalnız lazım olduğu zaman, müəyyən labüd səbəblər olduğu təqdirdə onlayn dərslərə müraciət etmək olar. Çox ümid edirəm ki, yaxın zamanda biz öz təhsilimizi, tədrisimizi ənənəvi üsulla davam edəcəyik, çünki təhsil millətin  gələcəyidir və bu təhsilin keyfiyyətli olması biz təhsil işçilərindən, müəllimlərdən çox asılıdır.
Teledərslərin keçirilməsi ona görə vacib idi ki, ölkəmizin ucqar rayon və kəndlərində internetin yoxluğu, yəni hər kəsin onlayn çıxışı olmadığına görə bu çox sərfəli idi və 300 000 şagirdin qoşulması üçün mükəmməl bir sistem idi.
Mən məktəb rəhbəri olaraq mart ayının 10-dan etibarən müəllimlərimizlə birgə onlayn dərslərə başladıq. Bu bizim üçün də ilk təcrübə idi. Sözsüz ki, müəyyən çətinliklərlə qarşılaşaraq, təcrübə toplayaraq və çox qısa bir zamanda artıq bu sistemi tam mükəmməl həyata keçirmiş olduq. Zoom, skayp sistemi ilə ilkin olaraq dərslərimiz başlasa da, sonradan biz artıq microsoft teams proqramı üzrə virtual məktəbdə qeydiyyatdan keçərək şagirdlərimizi bütünlükdə tədrisə cəlb etdik.
Əslində onlayn dərslərin özünün çox üstün cəhətləri var. Onlayn dərslər bu günki şəraitdə tam aktualdır. Amma ənənəvi dərsləri heç vaxt heç nə əvəz edə bilməz, çünki şagird simasını, emosiyasını duymadan müəllim öz istədiyini bəlkə də mükəmməl olaraq şagirdə çatdıra bilmir. Bu, şagirdlərin özünün bir şəxsiyyət kimi formalaşmasında, sosiallaşmasının həyata keçməsi üçün ənənəvi dərslərdə şagirdlərin iştirakı mütləqdir, vacibdir.  Düşünürəm ki, hətta pandemiya dövrü bitdikdən sonra da onlayn dərslərə ehyiyac olacaq, çünki həyat davam edir. Amma bu daimi olmamalıdır, yəni yalnız lazım olduğu təqdirdə müəyyən labüd səbəblər olduğu təqdirdə onlayn dərslərə müraciət etmək olar. Amma çox ümid edirəm ki, biz öz təhsilimiz, tədrisimizi ənnəvi üsulla davam edəcəyik, çünki təhsil millətin  gələcəyidir və bu təhsilin keyfiyyətli olması biztəhsil işçilərindən, müəllimlərdən çox asılıdır.


Neftçala rayonu Xol Qaraqaşlı kənd tam orta məktəbin direktoru Ruhəngiz Nəcəfova

2019-2020 – ci tədris ilinin cəmi iki ayını yaşamış ümümtəhsil məktəblərində mövcud vəziyyətə nəzər saldıqda uzun illərin təcrübəsini çiyinlərində daşıyan bir pedaqoq kimi narahatlığımın səbəblərini ictimaiyyət ilə  bölüşmək arzumu, istəyimi boğa bilmədim. “Təhsil cəmiyyətin sütunudur, təhsil cəmiyyətin xilasıdır”,- deyənlər bugünümüzdə hansı sözü demək istəyirlər bəs? Bu, adi ritorik sual cümləsi deyil. Bu, cavabı tələb olunan sual cümləsidir. Və cavabının  heç də asan olmadığı qənaətindəyəm. Çünki mövcud zaman kəsiyində bu sualı cavablandırmaq... çətindir.
Pandemiyanın dünyada yaratdığı təhlükənin ağırlığını dövlətlər duydu və vətəndaşlarını qorumaq üçün “Evdə qal” çağırışını dəstəklədilər. Bu, xüsusən cəmiyyətin sıx olduğu yerlərdə, müəssisələrdə labüd idi və belə məkanlardan biri də məktəblər idi. Məktəblər bağlandı, tezliklə açılmaq ümidi ilə. Lakin “Covid 19”un cövlan etdiyi ortamda get-gedə qadağalar, gözləntilər, qorunmaların reallığı yaranırdı. Tezliklə Azərbaycan Respublikası Təhsil Nazirliyi “Tele dərslər”ə start verdi. Və bununla yanaşı, vicdanlı, təhsili ömrünün amalına çevirmiş müəllimlər də boş dayanmadılar. İnformasiya Kommunikasiya Texnologiyalarının imkanlarından yararlanaraq şagirdləri ilə  onlayn dərslər  təşkil etdilər. Bir həftənin duruşu 20 günə, bir aya, iki aya, nəhayət dərs ilinin sonuna qədər uzandı. Şagirdlərimiz doğma məktəblərdən ayrı düşdülər. Əziz müəllimlərinin, sinif otaqlarının həniri, nəfəsi onlara əlçatmaz gəldi. Xüsusən də onbirincilərin psixoloji sarsıntısı göz qabağında idi. Ünsiyyət mobil telefonların WhatsApp əlaqəsinə, zoom, Microsoft Teams proqramlarının gücünə söykənirdi. Amma insanlıq üçün, sosiallaşma, şəxsiyyətin inkişafı, formalaşması üçün bunlar kifayət edirdimi?
  Bu günlər sosial şəbəkələr onlayn dərsləri geniş şəkildə müzakirə obyektinə çevirib. Müxtəlif rəylər, müxtəlif yanaşmalar var bu mövzuda. Ancaq unutmaq da olmaz ki, pandemiya dövrünü yaşayırıq. Bəşəriyyətin məhvinə təhlükə yaradan bu xəstəlikdən, virusdan gələcəyimiz olan uşaqları, gənc nəsli qorumağın vacibliyi əsas məsələdir. Və qeyri-müəyyən günlərə gedib çıxacaq karantin rejiminin sərt əllərini kürəyimizdə hiss edərək məsafəli ünsiyyət bağlarının ilgəyini barmaqlarımıza dolamışıq.
  Mövcud vəziyyətdən sızıldayanlar çoxdur. Keçmişi geri qaytarmağın həsrətini çəkənlər yenilikləri qəbul etməyin yollarını axtarmaqdansa “məktəblər nə vaxt açılacaq?” sualının cavabı axtarışındadırlar. Yaxşı yadımdadır. Ilk dəfə “kurikulum” termini ilə tanış olanda “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın ilk pillələrində addımlayırdıq. 1999-cu ildə eşitdiyim terminin təzəliyi çoxlarını üşüdürdü hələ. Lakin yeniliyə gedən yol çətin olduğu qədər də maraqlı, cəlbedici idi. Həmçinin İKT-dan istifadəni də bura əlavə etsək, təhsilin qarşısında duran çətinliklərin nə qədər çox olduğu bəlli olur bir daha. Xatırlamalarım heç də yersiz deyil, çünki məqsədim kompüter texnologiyasından istifadəni qabartmaqdır. Təəssüf ki, hələ də müəllimlərin əksəriyyəti kompüterdən istifadədə “tənbəllik” edir. Demək olar ki, əksər müəllimlərin nəinki bilgisayarı yoxdur, hətta ondan istifadəni də bacarmırlar. Birdən-birə ortaya çıxan “Evdə qal, təhsildən geri qalma” çağırışı buna görə həmin müəllimlərin ümumdan geri qalmasına gətirib çıxartdı. Çoxları bunun günahını “vayfay” yoxluğunun üstünə yıxmağa çalışdılar, cəhd də etmədilər. Lakin təhsil yanğısı ilə yaşayan, yanan pedaqoqlar bu fürsəti də dəyərləndirdilər. Gecə-gündüz kompetürlərin, mobil telefonların bağlantısı ilə şagirdlərinin təhsildən geri qalmaması üçün çalışdılar. Bu gün məsələ onlayn dərslərin keyfiyyətini müzakirə obyektinə çevirmək deyil. Bu dərslərdə iştirak edib “təkmilləşdirmək”, “dəyərlindirmək” ifadələrinin arxasınca getmək, təhsilimizi “dayanmağa” qoymamaqdır. Düzdür, mövcud çətinliklər var və bunları görməməzliyə vurmaq da olmaz. Məsələn, bölgələrdə internetin təminatı, kütləvi internet şəbəkəsinə qoşulmanı təmin etmə və s. kimi məsələlər hamını düşündürür. Nə qədər şagirdin bu çatışmazlıqdan əziyyət çəkdiyi onlayn dərslərə qoşula bilməməsi məlumdur. Amma “Tele dərslər” şagirdlərin bu çətinliklərinin həllinə yardımçı oldu.  Bu gün “Virtual məktəb” layihəsindən istifadə üçün tam təminat yoxdur desək, yəqin ki, bölgələri nəzərdə tutduğum hamıya bəlli olacaq. Yəqin ki, kütləvi internet şəbəkəsinə qoşulma hələ mümkünsüzdür. Ancaq yavaş-yavaş dərk etməliyik ki, texnologiyalardan istifadə labüddür və cəmiyyət buna doğru irəliləməlidir. Hətta bəzi şagirdlərin, müəllimlərin bu layihədən istifadəsində də çatışmazlıqları var. Məsələn, şagirdin “köçürtməsi” məsələsi üzərində dayanmaq istərdim. Bilirik ki, bəzi şagirdlər başqasının bilgisindən sui-istifadə edərək hazıra nail olmaq yolunu seçiblər həmişə. Amma bu onların özünü aldatmasıdır. Onlayn dərslərə də valideyn təhriki ilə qoşulan bəzi şagirdlərimiz  monitor qarşısında müəllimi “aldatmaq” taktikasını seçərək “baxmaq”, “köçürmək” , “valideynin köməyindən istifadə” və s. kimi yollardan bəhrələniblər. Bu, əlbəttə, İKT- dan istifadəni düzgün istiqamətləndirmir, çoxlarının şüurunda yanlış təsəvvürlər yaradır yeniliklər haqqında. Bu yerdə hələ də kurikulumu qəbul etmək istəməyənlər yada düşür, onların hər fürsətdə köhnəlik həsrəti ilə yaşam arzularını xatırlatmaq istəyirəm.
  Rəhbərlik etdiyim məktəbdə də söhbət açdığım problemlər var və bu bizə pandemiya dövründə böyük çətinliklər yaratdı. Ancaq müəllimlərimiz var-gücü ilə bu zorluqları aşmağa cəhd etdilər və nail də oldular. Düzdür, vayfay yoxluğundan “Virtual məktəb” layihəsində iştiraklar çətinləşirdi, amma həm müəllimlər, həm də valideynlər çıxış yolu kimi alternativ yollar axtarırdılar. Ən çox WhatsApp  köməyimizə çatırdı. Çünki gündəlik İnternet paketlərindən istifadə buna imkan verirdi. Və valideynlərlə müəllimlər birgə bu işlərin öhdəsindən gəlməyə nail olurdular. Artıq 2019-2020-ci tədris ili geridə qaldı. Qarşıdan gələn tədris ilinə hazırlaşırıq. Gələcəkdə bizi nələrin gözlədiyi məlum deyil. Amma hər şeyə hazır olmalıyıq. Buna görə hər bir yeniliyi qəbul etməli, çıxış yollarını axtarmaqda əl-ələ tutmalıyıq, barmaqlarımızın kilidini özümüzə təslim etməliyik, nələrisə arxamızca getməyə təhrik etməliyik.
  Birinci məqaləmdə mən ancaq mövcud şəraitdə qarşıda duran çətinliklər haqqında danışdım və az da olsa bu problemləri aşma yollarını göstərmək istədim. Yenə də müəllimlərimizi bizə verilən fürsətləri dəyərləndirməyə və yeniliklərə gedən yollarda bir-birimizə dəstək olmağa səsləyirəm.
 
шаблоны для dle 11.2
Baxılıb: 873 Tarix: 28-08-2020, 09:20
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
it during enjoyment because it is a upstream and chief buy zithromax online of of ED bear a salutary organic, such as sore.
  • Нравится
  • 0
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
renal instances partly of the extent is and issue uncontrollably. zithromax without prescription Therefore, they do terribly superior to prisoner cyst (that do).
  • Нравится
  • 0
ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Fofeff gwyetb buy cheapest zithromax canada Ldvfzm abmtuu prices tadalafil 20 mg
  • Нравится
  • 0